11.01.2018 - 17:45
Hadisə
23 baxış
Bakıda daha bir avtobus qəzaya düşdü - 14 yaşlı uşağın boğazı kəsildi - FOTO
Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.Minval.İnfo Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən “Səkkizinci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.
Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.
Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.
Hadisə yerinə təcili yardım gəlib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
12.10.2026 - 14:54
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
12.10.2026 - 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
12.10.2026 - 13:14
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
12.10.2026 - 11:14
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
12.10.2026 - 10:34