Bakıda baş verən ağır yol qəzasında ölənlərin adları məlum oldu
Bakının Nəsimi rayonu ərazisində baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.
Minval.info Trend-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, R. Behdudov küçəsi 22-də baş verib.
1971-ci il təvəllüdlü Əmiraslanov Ramiz Nəcəf oğlu idarə etdiyi “MG” markalı 90-NV-350 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadalar – 1954-cü il təvəllüdlü Quliyeva Xanım Adil qızı, 1962-ci il təvəllüdlü Niyazov Valəddin Əlmirzə oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Niyazov Seymur Valəddin oğlu və 1957-ci il təvəllüdlü Rüstəmova Fatma Cümşüd qızını vuraraq 5 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hadisə nəticəsində avtomobilin sürücüsü R.Əmiraslanov və piyadalardan F.Rüstəmova hadisə yerində dünyasını dəyişib, 3 piyada isə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, hadisəni törədən sürücü R.Əmiraslanov sükan arxasında ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı