Bakıda avtomobil salonunda yanğın: Üzə çıxan təhlükə və zədələnmiş bmw-nin hekayəsi
Bakının Babək prospektində yerləşən bir avtomobil salonunda yanğın baş verib.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın barədə xəbər “112” qaynar telefon xəttinə daxil olub.
Hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının 1200 kvadratmetr sahəsi olan üçmərtəbəli avtomobil salonunda yayıldığı və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə lokallaşdırılıb və obyektin ofis otağında baş vermiş yanğının avtomobillərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində 15 kvadratmetr sahədəki otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən “BMW” markalı avtomobilin arxa bamperi və işığı zədələnib. Lakin obyektin böyük hissəsi və içərisindəki avtomobillər yanğından qorunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı