Bakıda avtobus motosikletlə toqquşub, ölən və yaralanan var - FOTOLAR
Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Minval.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Binə qəsəbəsində baş vermiş avtoqəza zamanı motosiklet sərnişin avtobusu ilə toqquşub.
Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini – 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxarmaq üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib


