Bakıda ağac oğrusu həbs edildi
Şam ağacı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 24-dən mayın 2-dək olan müddətdə Nardaran qəsəbəsindəki bağ evinin həyətindən 50 ədəd şam ağacının çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun bağlarda fəhləliklə məşğul olan qəsəbə sakini Əziz Babayev olduğu müəyyən edilb. Oğurlayaraq satmaq üçün öz həyətinə gətirib əkdiyi həmin sayda şam ağacı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Ə.Babayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nurməhəmmədov yenə də Meyvezerə söz atdı
"Messini necə dayandıracaqsız?" sualına Klopdan cavab
Türk model Ronaldo ilə yazışmalarını yaydı - VİDEO
Dünyanın ən çox qazanan idmançılarının adları açıqlandı
Avropa Liqasının 1/4 finalçıları məlum oldu
"Real Madrid"dən 270 milyonluq transfer