Bakıda və Sumqayıtda avtomobillərə hücum edilir - FOTOLAR
Bakı və Sumqayıt şəhərlərində naməlum şəxslər tərəfindən avtomobillərə hücum halları çoxalıb.
Minval.info xəbər verir ki, müxtəlif küçələrdə nəqliyyat vasitələrinin şüşələri sındırılmaqla yanaşı, oğurluq hadisəsi də qeydə alınır.
Sözügedən əməli törədən şəxs və ya şəxslər bahalı maşınlara hücum edirlər.
Onlar avtomobilin xaricinə ziyan vurur, eyni zamanda səsləndirmə avasanlıqlarını, video reqistraorları və saxlanc yerindəki pul ilə qiymətli əşyaları oğurlayırlar.
Xatırladaq ki, bununla əlaqədar rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.
Məlumat artıq bir neçə informasiya portallarında dərc edilib. Eyni zamanda ölkə sürücülərinin bir çoxu məsələdən xəbərdar olduqlarını bildirirlər. Bu səbəbdən ehtiyatlı davrandıqlarını və insanları da buna dəvət etdiklərini söyləyirlər.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ



