Bakı metrosunda ölüm hadisəsi
Bakı metrosunda ölüm faktı qeydə alınıb.
Faktı “Report”a təsdiqləyən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hadisə bu gün metronun “28 may” stansiyasında baş verib.
Onun sözlərinə görə, hadisə saat 15:35 radələrində qeydə alınıb: “Belə ki, 1953-cü il təvəllüdlü, Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Dərhal ilkin müdaxilə edilib, təcili tibbi yardım çağrılıb. Lakin həkimlər gələnə kimi həmin şəxs keçinib. İlkin ehtimala görə, onun ürək tutmasından vəfat etdiyi güman edilir”.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada
Şahbuzda faciəvi qəza: Üç nəfər həlak oldu
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi