Bakı metrosunda ciddi su sızıntısı - NARAHATLIQ (FOTOLAR)
Bakının “Həzi Aslanov” metrostansiyasının keçid hissəsinin divarlarında ciddi nəmişlik və su sızıntısı meydana gəlib.
Keçiddən keçən, metrodan istifadə edən hər kəs bu mənzərədən narahat olub. Bu səbəbdən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.
Qurum sözçüsü Minval.info-ya bildirib ki, metrostansiyasınının keçid hissəsinin divarlarındakı nəmişlik və su sızmasının qarşı alınıb: “”Həzi Aslanov”un yuxarı hissəsində su borusu partlayıb. Həmin sudur ki, divarlara bir xeyli nəmişlik verib. Hal-hazırda da su sızıntısının qarşısı alınıb”.
Nəsimi Paşayev baş verən kiçik hadisənin də metrodan istifadə edən vətəndaşlara heç bir təhlükə yaratmayacağını da sözlərinə əlavə edib.
Məleykə Ağasoy / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qusar rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
SON DƏQİQƏ: Düşmən Füzulini “Smerç”lə atəşə tutur RƏSMİ
Azərbaycanda koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılacaq - RƏSMİ
Tanınmış memardan həyəcan təbili: "Abşeron yarımadası çat verə bilər..."
Əsas yay sevgi üçbucağı ilə qazanın!




