Bakı metrosunda bədbəxt hadisə: Qadın relslərin üzərinə yıxıldı...
Bakı metropolitenində bədbəxt hadisə baş verib.
Minval.info xəbər verir ki, “İçərişəhər” stansiyasında sərnişin qatar yoluna yıxılıb. Bununla əlaqədar xətdə gecikmə yaşanıb.
85 yaşlı Məmmədova Sürayyə Söhbət qızı stansiyasında qatar dayanan zaman birinci vaqondan düşüb. O, vaqonun birinci qapısından çıxarkən sağa dönüb və qatarın qabağından relslərin üstünə yıxılıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, elektrik gərginliyi söndürülüb və xanım stansiya yolundan çıxarılıb: “Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibi yardıb çağırılıb. Məlumatları da özü verib. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada
Şahbuzda faciəvi qəza: Üç nəfər həlak oldu
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi