Bakı Formula 1 yarışlarına hazırlaşır: Vətəndaşlar dəstəkləyirmi? VİDEOSORĞU
Paytaxt Bakı dördüncü dəfə “Formula 1” yarışlarına ev sahibliyi etməyə hazırlaşır. 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək yarışa Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ciddi hazırlıq görür. Hazırda yarışın keçiriləcəyi məkanlarda infrastrukturun yaradılması, tribunaların quraşdırılması və yol kənarında təhlükəsizlik baryerlərin yerləşdirilməsi prosesi tamamlanmaq üzrədir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuata verdiyi açıqlamaya görə bu il Qran Pri yarışına maraq daha da artmaqdadır. Turistlərin marağına səbəb olan əsas amillər həm beynəlxalq yarışın təşkili , həm də yarışdan sonra “Kristal Holl”da dünyaca tanınmış məşhurların iştirakı ilə konsertin keçirilməsidir. Hökumət hesab edir ki, ölkəmizdə bu cür yarışların keçirilməsi həm ölkəmizin tanıdılması, turizm imkanlarının təbliği, “Made in Azerbaijan” brendinin reklamı baxımından da faydalıdır.
Lakin bir məqam da var ki, adətən şəhərin kənarında keçirilən Formula 1 yarışları Bakının əsas hərəkət zolaqlarını əhatə edir. Bu da müvafiq dövr ərzində paytaxtda hərəkətin məhdudlaşmasına, tıxacların yaranmasına gətirib çıxarır. Artıq müdafiə sədləri qoyulub, qoruyucu torlar çəkilib, digər tamamlanma işləri isə yollar tam bağlandıqdan sonra həyata keçiriləcək. Bəzi yollar aprel-in 22-dən, bəziləri isə 24-dən etibarən bağlanacaq və bu durum aprel 30-a kimi davam edəcək. Bəs, Formula 1 yarışlarının ölkəmizdə keçirilməsinə paytaxt sakinləri və şəhərimizin qonaqlarının münasibəti necədir? Musavat.com olaraq, bu sual ətrafında qısa bir sorğu da keçirdik.
ƏLAQƏLİ
“Türkün yardımını qəbul etmir, torpağından da çıxsınlar” – Sakinlərdən separatçılara SƏRT REAKSİYA
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=sp7xDFMk82g
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident seçkilərində Ərdoğan seçilsinmi? - Sorğu
"İran bizə heç nə edə bilməz, məhvinə az qalıb" - SORĞU
Neftimizin qiymət artımına müxalifət və paytaxt sakinləri nə deyir? - SORĞU
Görün azərbaycanlılar o suala hansı cavabları verdilər...