Babək prospektində avtomobil salonu yanğından necə qorundu? – FHN-nin çevik əməliyyatı
Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən avtomobil salonunda yanğın hadisəsi baş verib.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata əsasən, yanğın hadisəsi barədə dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları göndərilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının 1200 kvadratmetr sahəsi olan üçmərtəbəli avtomobil salonunda başladığı və yayılma ehtimalının yüksək olduğu aşkar edilib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə nəzarət altına alınıb və salonun ofis otağında başlayan yanğın avtomobillərə keçmədən söndürülüb.
Yanğın nəticəsində 15 kvadratmetr sahəsi olan otağın yanar konstruksiyaları zərər görüb, salonda yerləşən “BMW” markalı avtomobilin arxa bamperi və işığı deformasiya olub. Lakin obyektin böyük hissəsi və içərisindəki avtomobillər yanğından qorunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı