"Bədənim ağrıyırdı, getdim maşınları oğurladım, satdım" - VİDEO
Abşeronda isə keçmiş məhkum heroinlə yaxalanıb.
ARB TV xəbər verir ki, onun cinayəti bununla yekunlaşmayıb. Həmin şəxsin daha hansı əməlləri törətdiklərini süjetdən biləcəksiniz.
Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hökməli qəsəbə sakini əvvəllər 2 dəfə məhkum olunmuş Əmrulla İsmayılov yaşadığı qəsəbədə saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanıb. İdarəyə gətirilən şəxsin ətrafında aparılan araşdırmalar zamanı onun oğurluq cinayətlərinin də üstü açılıb.
Avtomobil təmiri ilə məşğul olduğunu deyən Əmrulla İsmayılov dindirilərkən törətdiyi cinayətləri etiraf edib:
“Ağrılarım olurdu. Mən də 15-20 yaxın sahibsiz maşınları satmışam. Etdiyim hərəkətə görə peşmanam”.
Faktla bağlı Abşeron Rayon Pİ-nin istintaq şöbəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ