Azercell Kinon TV-də yeni idman paketi təqdim olundu
Azercell, Kinon TV platformasında idman həvəskarları üçün yeni “Setanta Sports & TV” paketini təqdim edib. Bu yenilik futbolun aparıcı Avropa liqaları, Formula 1 yarışları və müxtəlif televiziya məzmunlarını bir araya gətirir.
Minval.info xəbər verir ki, istifadəçilər bu paket vasitəsilə Setanta Sports-un geniş idman kontentinə çıxış əldə edirlər. “Setanta Sports Canlı Yayımları” və Setanta Sports HD 1, Setanta Sports HD 2 kanalları ilə LaLiga, İngiltərə Premyer Liqası, Serie A və Formula 1 də daxil olmaqla bir çox idman yarışlarını canlı izləmək mümkündür. “Setanta Live Streams” ilə də müxtəlif canlı yayımlar arasından seçim etmək imkanı var.
Paketin imkanları yalnız bununla məhdudlaşmır. TVnet Sport, Sport TV 1 və Sport TV 2 kimi kanallar da daxil olmaqla, 260-dək yerli və xarici telekanal izlənilə bilər.
Kinon TV, bu geniş idman məzmununu rəqəmsal formatda təqdim edən ölkənin ilk və yeganə lisenziyalı TV platformasıdır. İstifadəçilər məzmundan mobil telefon, planşet və digər cihazlar vasitəsilə istənilən yerdə yararlana bilərlər. Xidmət üçün əlavə avadanlıq və ya ənənəvi televiziya bağlantısı tələb olunmur.
Paketin aylıq abunə haqqı 10,99 AZN təşkil edir. Qoşulmaq üçün *999#YES kodunu yığmaq kifayətdir. Daha sonra təqdim olunan giriş məlumatları ilə Kinon tətbiqinə daxil olmaq mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bred Pittin alkoqola qayıtması ilə bağlı şayiələr yayılıb
“Benfika” “Portu”ya qarşı intizam tədbirləri tələb edir
Kurasaodan daha bir sensasiya: möhtəşəm qələbə
Millətlər Liqasında Litva – Azərbaycan matçının hakim heyəti bəlli oldu
Formula-1-də üçüncü sərbəst yürüşə start verildi
Premyer Liqa və Avropa klubları FIFA islahatına çağırır