24.01.2018 - 11:06
Vacib 3 baxış

Azərbaycanlı jurnalist Rusiyada öldü

Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını Rusiyanın Həştərxan şəhərində maşın vuraraq öldürüb.

Minval.İnfo-nun məlumatına görə, Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb.

O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: