AZAL-ın təyyarəsi Türkiyədə eniş etmədən Bakıya qayıtdı
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb.
“Minval.info”nun “APA-Economics”ə istinadən məlumatına görə, AZAL-a məxsus təyyarə “Atatürk” HavaLimanında eniş etmədən geriyə, Bakıya qayıdıb.
AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb.
“Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, – deyə P.Kəsəmənski vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib