Azərbaycanlı oliqarxın sərvəti bir günün içində 1 milyard dollar artdı
Azərbaycanlı oliqarx-neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun sərvəti bir günün içində təqribən 1 milyard dollar artıb.
Virtualaz.org “Forbes”ə istinadən xəbər verir ki, buna səbəb “Lukoil” şirkətinin səhmlərinin yanvarın 12-də kəskin bahalaşmasıdır.
Belə ki, ötən cümə günü Moskva fond birjasında hərrac zamanı “Lukoil” şirkətininsəhmləri tarixi maksimum həddinə qədər bahalaşıb. Şirkətin bir səhminə 3942 rubl veriblər, birjanın açılışında isə qiymət 3677 rubldan başlamışdı. Günün sonunda səhmlər 6 faizdən çox bahalaşıb.

Artəma təsir edən əsas səbəb “Lukoil” şirkətinin direktorlar şurasının həmin gün keçirilən iclasıdır. İclasda şirkətin 2017-ci il üçün fəaliyyətinin yekunları müzakirə olunub. Məlum olub ki, şirkətin maliyyə göstəriciləri gözləniləndən də yaxşıdır. Əlbətdə, burada menecmentlə yanaşı neftin qiymətinin sanballı ölçüdə artmasının da rolu var.
Bu arada Vahid Ələkbərov jurnalistlərə bildirib ki, neftin qiymətləri indiki 70 dollar səviyyəsində qalsa hasilatın azaldılmasını nəzərdə tutan OPEC+ razılaşmasından çıxmaq lazım gələcək. “Hesab edirəm ki, əgər neftin qiyməti 70 dollar həddində olacaqsa tədricən bu razılaşmadan çıxmaq lazımdır”-o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ