Azərbaycanın serial sevdası: "Mehriban düşmən"dən bu günə
1990-cı illər Azərbaycan televiziya tamaşaçısının yaddaşında xüsusi iz buraxan dövrlərdən biridir. Həmin illərdə televiziya kanallarında yayımlanan xarici seriallar qısa müddətdə milyonlarla insanın gündəlik həyatının bir hissəsinə çevrilmişdi. Axşam saatlarında ailələrin televizor qarşısında toplaşması, serial qəhrəmanlarının müzakirə olunması və növbəti bölümün səbirsizliklə gözlənilməsi o dövrün ən xarakterik mənzərələrindən idi.
Minval.info xəbər verir ki, Latın Amerikası, Braziliya, Meksika və digər ölkələrin serialları Azərbaycan tamaşaçısına fərqli həyat tərzini, münasibətləri və hadisələri təqdim edirdi. “Santa Barbara”, “Kölə İzaura”, “Qvadalupe”, “Kərtənkələ təbəssümü”, “Dul qadın Blanka”, “Mehriban düşmən” və digər seriallar həmin dövrün ən çox xatırlanan ekran əsərləri sırasında idi.
2000-ci illərə doğru isə Azərbaycan tamaşaçısının serial zövqündə yeni mərhələ başladı. Türkiyə istehsalı olan seriallar getdikcə daha böyük maraq qazanmağa başladı. “Yaprak Dökümü”, “Gümüş”, “Binbir Gece”, “Kurtlar Vadisi” kimi seriallar sonrakı illərdə Azərbaycan televiziya tamaşaçısının gündəlik həyatında mühüm yer tutdu.
Qeyd edək ki, dünyada 1990-2000-ci illərin məşhur serialları arasında “The Fresh Prince of Bel-Air” (1990–1996) və “Beverly Hills, 90210” (1990–2000) kimi əsərlər də var idi. Azərbaycan tamaşaçıları isə serialları ilk dəfə Rusiya kanallarında izləməyə alışdı. “Santa Barbara” ilə başlayan bu maraq, sonralar AZTV ekranlarında “Mehriban düşmən” serialı ilə davam etdi.
2008-ci ildən sonra isə Azərbaycanda Türkiyə istehsalı olan seriallar məşhurlaşdı. Qeyd edək ki, 2006-cı ildə başlayan “Arka sokaklar” serialı hələ də davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN-dən xəbərdarlıq: Hava şəraiti pisləşir!
İstanbulda gəmidə təşviş: Azərbaycanlı dənizə düşdü
Hövsanda su təchizatı müvəqqəti dayandırılır!
Füzulidə qəzada ANAMA əməkdaşı həlak oldu
Bakıda köhnə liftlər təhlükə saçır!
Bakıda hotel otağında ölüm hadisəsi baş verdi
ABŞ-də atışma: 2 ölü, 9 yaralı