Azərbaycanda xəstəxanada qalmaqal: Növbəti körpə ölümü - Təfərrüat
Azərbaycanda növbəti dəfə doğuş zamanı körpə ölüb.
Minval.info xəbər verir ki, hadisə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Əsədova Mülayim Varis qızının qeysəriyyə əməliyyatından sonra dünyaya gətirəcək əkiz körpələrindən biri ölüb. Onun ailəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında yerləşən Regional Perinatal Mərkəzin qəbul şöbəsinin müdiri, həkim-ginekoloq Lalə Kazım günahlandırır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ailənin sözlərinə görə, əməliyyatdan öncə M.Əsədova müayinədən keçib və körpələrin vəziyyətinin yaxşı olduğu bildirilib. Lakin doğuşdan sonra qız uşağı ölü doğulub, oğlan uşağı isə sağ qalıb.
“Mülayim əməliyyata gec götürüldüyünə görə, uşaqlardan biri öldü. Həkim Bakıya gedib, buradakılara tapşırıb ki, özü gəlməyənədək xəstə əməliyyata alınmasın. Pul ona qalmayacaq axı… Mülayimin sancıları, ağrıları olduğuna görə, baş həkimə etiraz etdik ki, onu başqası əməliyyat etsin. Narazılığımızdan sonra əməliyyata alındı, amma uşaqlardan biri öldü”, – körpəsi ölən ananın yaxınları iddia edir.
Hazırda xəstəxanada M.Əsədovanın ailəsi ilə xəstəxananın işçiləri arasında münaqişənin davam etdiyi bildirilir.
Samir Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı