Azərbaycanda QHT-nin sədr müavini müsəlmanları təhqir etdi: "Şərəfsiz..."
Azərbaycanda QHT-nin sədr müavini müsəlmanları təhqir edib.
Minval.info xəbər verir ki, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədr müavini Bəxtimşah Tağıyeva sosial şəbəkədə inanclıların ünvanına ağır sözlər söyləyib. O, müsəlmanları “şərəfsiz” və “ərəblərə qul olan” adlandırıb. İnsanlar QHT sədrinin bu sözlərini sərt reaksiya ilə qaşılayıb. Lakin B.Tağıyeva onu tənqid edənlərə özünəməxsus tərzdə cavab verib, eyni zamanda yenidən insanları təhqir etməkdən çəkinməyib.
Xatırladaq ki, bir müddət bundan öncə də Bəxtimşah Tağıyeva müsəlmanları təhqir edib. Bununla yanaşı, ölkədə azan səsinin qarşısının alınmasını istəyib. Məsələ ictimailəşdikdən sonra sosial şəbəkə profilinin oğurlandığını və statusun onun tərəfindən yazılmadığını bildirib. Lakin bu dəfə sədr müavini bəhanə gətirməyib və sözünün üzərində durub.
Qeyd edək ki, Ramazan ayı daxil olduqdan sonra bir sıra şəxslər sosial şəbəkələrdə müsəlmanları oruc tutduğuna görə ələ salmağa başlayıb. Onlar həmçinin Bəxtimşah Tağıyeva kimi təhqir etməkdən də çəkinmirlər. Bu yolla müsəlmanlar bir növ mübahisəyə və davaya təhrik edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclisdə toylarla bağlı təklif - Açıq havada toylar keçilsin
Prezident taksi sürdü - VİDEO
Bakıda oteldə ZORLAMA: 16 yaşlı qız...
Tələbə qızlar "Suşi"dən yox, bu qidadan zəhərləniblərmiş
Zaur Baxşəliyev dələduzluq edib? - 12 illik həbs oluna bilər
Əhalinin nəzərinə! - Bu yerlərdə ev tikənlər 5 min manat cərimələnir