Azərbaycanda nazir oğlu Türkiyədən it alıb: 10 hektar ərazidə saxlayır (FOTOLAR)
Azərbaycan maliyyə naziri Samir Şərifovun oğlu dünyada “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb.
Minval.info xəbər verir ki, bu barədə Türkiyə mediasında yazılıb. Belə ki, iri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.
İt fermasının sahibi Birol Başyiğit buranı 8 il əvvəl tikdiyini bildirib. Onun sözlərinə görə, Kanqal sevgisi onda uşaqlıqdan yaranıb və bu işə böyük sevgi ilə başlayaq peşəkara çevrilib. Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir.
Birol Başyiğit bildirib ki, poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir və onların arasında bizə tanış olan biri də var: “Dünya şöhrətli mərakeşlı idmançı, K-1 döyüşçüsü, “Qızıl oğlan” ləqəbli Badr Hari, dünya kinq-boks çempionlarından Badr Hari, rus qaydasız döyüş ustası, 4 qat MMA çempionu Fedor Emelianenko və Azərbaycan maliyyə nazirinin oğlu poyrazın balalarını bizdən alıblar. Türk çoban itləri bütün dünyaya səs salıb. Bu itlərdə sahibinin istədiyi bütün özəlliklər var, yeni trend bu itlərdir”.
ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ





