Azərbaycanda həkim tənzifi xəstənin bağırsağında unudub
Sabirabadda əməliyyat zamanı səhlənkarlıq baş verib.
Bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb.
Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb.
Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib.
Qadını bir il əvvəl əməliyyat edən həkim Şahin Cəfərov isə tənzifin tibb bacılarından biri tərəfindən unudula biləcəyini istisna etməyib:
“Əməliyyatdan sonra tənzif bir-bir sayılır. İndi mən bilmirəm ki, həmin gün hansı tibb bacısı işləyib. Əgər belə bir hal baş veribsə, görək hansı tibb bacısının növbəsində olub”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.(Xezxerxeber)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib