18.03.2018 - 12:08
Gündəm
29 baxış
Azərbaycanda dəhşətli qəzada 6 nəfər öldü – FOTOLAR

Azərbaycanda altı nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minval.info saytı İstiPress-ə istinadən xəbər verir ki, qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunub. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının Nərimanov rayonunda 15 bina söküləcək
04.09.2026 - 09:33
Bakıda güclü yanğın: Binə qatı dumanla örtüldü
04.09.2026 - 09:26
Bakıda şok: Kişi əməliyyatdan sonra yataq xəstəsi oldu-VİDEO
03.09.2026 - 23:47
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar
03.09.2026 - 17:53
Şəhid ailələri və qazilərə pulsuz mənzil şansı!
03.09.2026 - 16:36
Hamilə bloger ağaca bağlanaraq yandırıldı
03.09.2026 - 15:33
Alkoqolun xərçənglə əlaqəsi: Yeni araşdırma şok etdi
03.09.2026 - 14:23
FHN SOCAR-da yanğın-taktiki təlim keçirdi
03.09.2026 - 13:48


