Azərbaycanda dəhşətli qəza: Ölənlər və yaralananlar var (FOTOLAR)
Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Xan Qərvənd kəndinə gedən yolda “Niva” və “Toyota Land Cruiser” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Dünyasını dəyişənlər Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğludur.
Xəsarət alan 4 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralananlar arasında üç uşaq var, onların vəziyyəti normaldır.
DİN-nin mətbuat xidmətinin qərb regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və “Niva” ilə toqquşub.
Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərində öldüyünü eşidərək ürək tutmasından orada keçinib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
Çin-Nepal sərhədində torpaq sürüşməsi: 43 ölü, 519 itkin
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı


