Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə
Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər.
“Minval.info” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
Onun sözlərinə görə, Ağsuçay artıq məcrasından çıxıb: “Hər il havalar yağıntılı keçərkən çayın suyu artdıqca bəndləri zədələyirdi. Son vaxtlar yağan yağışlar nəticəsində isə çay məcrasından çıxıb və bəndləri yuyub. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaradıb. Hələlik evlərdə subasma faktı yoxdur, sadəcə təhlükəli vəziyyət yaranıb və hər an bu təhlükə arta bilər”.
İ.Mikayılov bildirib ki, məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Etimad İsmayılov buna görə öldürülüb - TƏFƏRRÜAT
Sabahın havası - Temperatur daha da yüksələcək
İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi
Azərbaycanda "təcili yardım"a hücum: "Həkimləri öldürəcəm" - Fotolar
Qızıl Xaç Komitəsi Aminlə Bayrama baş çəkdi
Oqtay Şirəliyev peyvənd olundu - VİDEO