Azərbaycanda bu siqaretin qiyməti qalxdı
Azərbaycanda bəzi siqaret markalarının topdan satış qiyməti 1 manat bahalaşıb.
Minval.İnfo xəbər verir ki,bu barədə unikal.org-a siqaret satışı ilə məşğul olan ticarətçilər məlumat verib. Vurğulanıb ki, “Winston” və bir neçə başqa markalı siqaretlərin blokunun qiymətində 1 manat bahalaşma qeydə alınıb.
Belə ki, əvvəllər “Winston” compakt siqaretinin blokunu 21.50 (1 ədədi 2.15 qəpik) AZN-ə əldə edilirdisə, hazırda bu siqaretlər (1 ədədi 2.25) müəyyən limitlə 22.50 qəpiyə satılır.
Topdan satış qiymətilə bərabər müəmmalı şəkildə bəzi – “Rotmons”, “LD”, “More”, “Viceroy” və digər siqaret markalarının mağazalara paylanılmasında da gecikmələr var. Bəzi mağazalar sözügedən markalı siqaretləri müəyyən limitlə əldə etsələr də, bəziləri ümumiyətlə bu siqaretləri 10-15 günə yaxındır ki, ala bilmirlər.
Ticarətçilər yaxın vaxtlarda siqaret qiymətlərinin növbəti dəfə bahalaşacağını qeyd edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ