Azərbaycanda axund həyatını itirdi
Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, dünən gecə saatlarında Salyan şəhərində fərdi yaşayış evində 1982-ci il təvəllüdlü İsmayılov Əli Əliqəm oğlu dəm qazından zəhərlənərək vəfat edib. Salyan rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib və müvafiq araşdırmalara başlanılıb.
Virtualaz.org xəbər verir ki, vəfat edən Əli İsmayılov iki uşaq atasıdır və ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək olub. İlkin məlumata görə, qəfil əsən külək nəticəsində mənzildə quraşdırılmış qaz peçinin baca borusunun başlığı üzü aşağı çevrilib və dəm qazı geriyə, evə dolmağa başlayıb. Nəticədə divanda yuxulayaraq televizora baxan Əli İsmayılov zəhərlənərək dünyasını dəyişib. O, Salyan rayonunun Dayıkənd kəndinin axundu olub. Atası hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib