Azərbaycanda 2 yaşlı körpə dondurmadan öldü - TƏFƏRRÜAT
Cəlilabad rayonunda 2 yaşlı körpə dondurma yeməsi nəticəsində ölüb.
Mayın 2-də, 2016-cı il təvəllüdlü Əli Allahverdi oğlu İsmayılovun dondurma yedikdən sonra boğazı şişib. O, halsızlıq və yüksək temperaturla Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılıb. Körpəyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Lakin bu gün körpənin yenidən halı pisləşib və yaxınları onu Cəlilabad Uşaq Xəstəxanasına aparıb. Xəstəxanada uşağın öldüyü məlum olub.
Ə.İsmayılovun yaxınları körpənin xəstəxanada keçindiyini bildirsələr də, həkimlər onun xəstəxanaya gətirilərkən yolda öldüyünü iddia edirlər.
Körpənin meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(Report)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
Çin-Nepal sərhədində torpaq sürüşməsi: 43 ölü, 519 itkin
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü