Minval.İnfo xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, qiyməti 15-40 min manat arası olan avtomobillərə də tələb var, ancaq 40 min manatdan baha avtomobillərə tələb aşağı səviyyədədir.
R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: “Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır”.
R.Osmanlı qeyd edib ki, belə avtomobillər xüsusi sifarişlərlə gətirilir.