Futbolçu: Azərbaycandan təklif gəldi, Ermənistanı seçdim (FOTO) – AFFA-dan AÇIQLAMA
Mətbuatda yayılan iddialara görə, AFFA-nın futbol üzrə Azərbaycanın U-21 millisində forma geymək üçün müraciət etdiyi oyunçu Ermənistanı seçib.
Minval.info xəbər verir ki, söhbət dağıstanlı qolkiper Samur Ağaməhəmmədovdan gedir. Bu barədə “Artsax” klubunun sosial şəbəkədəki rəsmi səhifəsi məlumat yayıb.
Səhifənin paylaşımına görə, qapıçı S.Ağaməhəmmədov kluba keçidi haqda danışarkən bildirib ki, 21 yaşadək millimizdə oynamaq üçün AFFA-dan təklif alıb. Lakin qapıçı bundan imtina edib və yeni yaradılan Ermənistan klubunu seçib.
Məsələ ilə bağlı olaraq Minval.info saytı AFFA ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, ümumiyyətlə, belə adda futbolçu tanımırlar və heç bir müraciət olunmayıb.
Samir Mirzə
Minval.info
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
