Azərbaycana gələn ərəb turistdən iyrənc əməl - Hovuza nəcis etdi
Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib.
Bu səbəbdən o, 500 manat cərimələnib.
Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.
“Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb:
“Həqiqətən də belə bir hadisə olub. Turistlər otelimizdən çıxarkən onlara hovuzu çirkləndirdiyi üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək otelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.
Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji olay yaşanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada zavodda dəhşətli partlayış: 16 nəfər öldü
İşdən çıxarılan Əli Həsənov bu vəzifələri icra edəcək
"Putin nüvə zərbəsi endirmək istəsə, Qərb bunu iki dəqiqə qabaq biləcək"
Azərbaycanda tələbə qızlar zəhərlənib, ölən var
Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü - FOTO
Azərbaycanda gömrük prosedurları sadələşdiriləcək