“Ayntraxt” klubunun direktoru: "Renat Dadaşov qış fasiləsindən sonra komandaya artıq çəki ilə qayıdıb"
Almaniyanın “Ayntraxt” klubunun direktoru Fredi Bobiç Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovu tənqid edib.
46 yaşlı funksioner “Bild”ə açıqlamasında 18 yaşlı hücumçunun nizam-intizamından narazı qaldıqlarını söyləyib.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Bobiç bildirib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün Dadaşovun fiziki durumu zəifləyib. O, yığma üzvünün peşəkar davranmadığını vurğulayıb: “Peşəkar müqavilə çox yaxşı və xoşdur. Lakin ona əməl etmək lazımdır. Bu sözləşməni imzalayan futbolçu peşəkar davranmalıdır. Dadaşov isə qış fasiləsindən sonra komandaya artıq çəki ilə qayıdıb”.
Gənc futbolçu cari mövsümdə “Ayntraxt”ın U-19 komandasının heyətində keçirdiyi 9 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Lakin mövsümün ilk yarısındakı oyunların birində qırmızı vərəqə alan Dadaşov 3 oyunluq cəzalanıb. Hazırda onun III Liqada çıxış edən “Halleşer”ə icarəyə veriləcəyinə dair xəbərlər yayılıb. Lakin Bobiç bu barədə heç nə eşitmədiyini söyləyib: “Halleşer”in marağı barədə məlumatsızam. Əsas odur ki, Renatı asanlıqla əldən verməyək. Onun qeyri-adi keyfiyyətləri var”.
Qeyd edək ki, Renat Dadaşov “Ayntaxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmayıb. “Report”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
