Avtomobil tarixçəsi niyə gizli saxlanılır?
Azərbaycanda avtomobillərin texniki göstəricilərinin vahid sistemdə qeydə alınmaması məsələsi gündəmdədir. Xaricdə avtomobil alarkən alıcıların ilk araşdırdığı məlumatlardan biri olan VIN kodu vasitəsilə avtomobilin texniki göstəriciləri, qəzalar və bəzi hallarda texniki xidmət tarixçəsi barədə məlumat əldə etmək mümkündür. Lakin ölkəmizdə satılan bir çox avtomobildə bu məlumatlara çıxış məhduddur.
Minval.info xəbər verir ki, Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bu problemin əsas səbəbini ölkədə vahid avtomobil tarixçəsi sisteminin olmaması ilə izah edir. Onun sözlərinə görə, belə bir platformanın yaradılması üçün dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. “Çünki avtomobillərin keçirdiyi qəzalar Dövlət Yol Polisi tərəfindən qeydə alınır, sığorta hadisələri barədə məlumatlar isə sığorta şirkətlərində toplanır. Bu məlumatların vahid sistemdə birləşdirilməsi avtomobilin tam tarixçəsinin formalaşdırılmasına imkan verə bilər”, – deyə o bildirib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, avtomobillərin texniki göstəricilərinin gizli qalması bazardakı bəzi satıcıların maraqlarına uyğundur. “Bu gün təəssüf ki, Azərbaycanda avtomobil bazarını alverçilər idarə edirlər. İstədikləri vaxt qiymətləri qaldırır, endirir və öz maraqlarına uyğun addımlar atırlar. Təbii ki, avtomobilin tarixçəsinin açıq şəkildə görünməsi onların maraqlarına uyğun deyil”, – deyə o vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin heyətinin olduğu gəmi Benqal körfəzində batdı
Ağstafada TikTok çəkilişi faciə ilə bitdi
İsmayıllıda göldə bacı-qardaş faciəsi: Axtarışlar davam edir
Bağırsaq xərçəngi gəncləşir: Həkimlər narahatdır!
Xırdalanda sakinlərdən qanunsuz yolbənd narazılığı
Bakıda minifutbolçu Qiyas Babayev vəfat etdi
Xalq artistini vuran sürücü müəyyənləşdi