Avtobus dayanacağı müvəqqəti olaraq dəyişdirildi
Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar olaraq stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Minval.info xəbər verir ki, bu məhdudiyyət səbəbindən müntəzəm marşrutların, eləcə də M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq ‘Gənclik Mall’un qarşısındakı dayanacaqdan təşkil edilib.
Qeyd edək ki, oyun müddətinin uzadılması halında metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər. Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin maneəsiz hərəkətini təmin etmək məqsədilə onların ixtiyarına verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək