At və eşşək ətini mal ətindən ayırmağın 3 yolu
Qırmızı ətin qiyməti artandan sonra satış məntəqələrində mal əti adı altında at və eşşək əti satanların sayı artır. Bəzi işbazların əməlinin üstü açılsa da, bəziləri bundan yayına bilir. Bəs at, eşşək ətini mal ətindən necə ayırmaq olar?
Ətin mənşəyini ilk növbədə rənginə görə ayırd etmək mümkündür. At əti tam qırmızı rəngdə deyil. Kənardan baxan zaman onun ciyərə oxşayan tünd rəngdə olduğunu görə bilərsiniz. Mal əti isə qan qırmızı rəngə malikdir. Sadəcə rəng fərqindən bunun at, eşşək, yaxud mal əti olduğunu anlaya bilərsiniz.
At və eşşək ətinin üzərindəki yağ təbəqəsi dana ətinin yağından daha sarıdır. Halbuki dana ətinin üzərindəki yağ hər kəsin bildiyi kimi ağ rəngdə olur.
At və eşşək minik heyvanları olduğu üçün onların əti dana ətinə nisbətən daha liflidir. Lifli olduqları üçün də bu ətlər çox bərk olur və çeynənməsi olduqca çətinləşir.
Əgər aldığınız əti çeynəməkdə çətinlik çəkirsinizsə, bu hal istifadə etdiyiniz ətin ya at, ya da eşşək əti olmasına dəlalət edə bilər.(ailem.az)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı