Arda Turanın transferi rəsmən açıqlandı
Arda Turanın “Başakşəhər”ə transferi baş tutub.
Minval.İnfo xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi açıqlama yayıb.
Klubun rəsmi “Twitter” səhifəsi prezident Göksel Gümüşdağın bu sözlərini yayımlayıb: “Arda Turan bu gün üzərində narıncı formayla vətəninə dönür. Bu sadəcə “Başakşəhər”in deyil, Türkiyənin transferi. Hamımız üçün xeyirli olsun”.
Təbii ki, Ardanı klubun yox, Türkiyənin transferi adlandırmaq olar. Çünki “Başakşəhər” bələdiyyə klubudur, azarkeşlərin forma alışından pul qazanmırlar, ciddi sponsorları yoxdur. Bütün xərclər açıq və gizli şəkildə bələdiyyə tərəfindən ödənilir.
Qeyd edək ki, Arda Turan “Qalatasaray”ın yetirməsidi. İstanbul klubu onu 2011-ci ildə Türkiyə üçün rekord məbləğə – 13 milyon avroya “Atletiko”ya satmışdı. “Barselona” türk futbolçunu 2015-ci ildə 34 milyon avroya (bonuslarla 41 milyon avro) transfer edib. O, Kataloniya klubunun heyətində 55 rəsmi oyun keçirib və 15 qol vurub. Arda cari mövsümdə heç bir rəsmi oyuna çıxmayıb.
Minval.İnfo
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək