04.08.2026 - 17:47
Hadisə 22 baxış

Anar atakişiyevin Çində başına gələn partlayışın təfərrüatları: Stilist yanıq xəsarətləri ilə üzləşib

Tanınmış stilist Anar Atakişiyev Çində hava limanında gözlənilməz bir hadisə ilə qarşılaşıb. Onun çantasında olan enerji bankı qəfil partlayıb.

Minval.info xəbər verir ki, bu hadisə nəticəsində Anar Atakişiyev yanıq xəsarətləri alıb. Stilistin bildirdiyinə görə, partlayış zamanı saçının bir hissəsi yanıb və ağız-dodaq nahiyəsində yanıq izləri yaranıb.

Anar Atakişiyev başına gələn bu hadisəni sosial media hesabında izləyiciləri ilə bölüşüb. Hadisənin detalları barədə əlavə məlumat verilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: