21.05.2018 - 17:57
Vacib
4 baxış
Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı
Qubada meyitləri tapılan alpinistlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.
Minval.info Trend-ə istinadən xəbər verir ki, ilkin baxış zamanı meyitlərin üzərində heç bir sınıq, xəsarət və travma izi aşkar edilməyib.
Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır.
Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.
Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
19.11.2025 - 14:59