Almaniyada bələdiyyə sədri qaçqınlara görə bıçaqlandı

Almaniyanın Altena şəhər bələdiyyəsinin sədri bir dönərçidə nahar etdiyi zaman boğazından bıçaqlanıb. AzEuroNews.com–un məlumatına görə, Şimali Reyn Vestifaliya (NRW) əyalətinə daxil olan Altena şəhərinin bələdiyyə sədri Andreas Hollstein nahar üçün bir dönərçiyə gedib. Nahar edərkən yan masada əyləşənlərdən biri cibindən bıçağı çıxararaq A.Hollsteini boğazından vurub.
Ətrafdakıların köməyi ilə bələdiyyə sədri tez xəstəxanaya çatdırılıb. A.Hollsteini vuran şəxs kafedə bir başqa müştərini də yaralayıb.
Polisin restorana gəlməsi ilə bıçaqlı şəxs tutularaq idarəyə aparılıb. O, ilkin sorğusu zamanı bildirib ki, bələdiyyə sədrini yürütdüyü qaçqın siyasətinə görə vurub. Tutulan şəxsin içkili olduğu da müəyyən edilib.
Altena şəhər xəstəxanasından bildirilib ki, bələdiyyə sədrinin vəziyyəti yaxşıdır. Ona ilkin tibbi müdaxilə edilib. Bir-iki gündən sonra xəstəxanadan evə buraxılacaq.
Məlumat üçün bildirək ki, Şimali Reyn Vestifaliya (NRW) əyalətinə daxil olan Altena ən çox qaçqın və miqrant qəbul edən şəhərlərdən sayılır. Belə ki, bələdiyyə sədrinin göstərişi ilə normadan da artıq qaçqın və miqrant qəbul edilib yerləşdirilən şəhərdə 10-dan çox böyük kamp fəaliyyət göstərir.
Bələdiyyə sədri A.Hollstein bu siyasətinə görə, “Alman Milli İnteqrasiya Nişanı” ilə mükafatlandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib