Alkoqolun xərçənglə əlaqəsi: Yeni araşdırma şok etdi
ABŞ-də aparılan yeni elmi araşdırma, alkoqol istifadəsi ilə xərçəngdən ölüm halları arasında ciddi əlaqə olduğunu ortaya çıxarıb. Araşdırma Silvestr Kompleks Xərçəng Mərkəzinin alimləri tərəfindən həyata keçirilib və nəticələri “The Lancet Regional Health – Americas” jurnalında dərc olunub.
Minval.info xəbər verir ki, alimlər 1990-2023-cü illər ərzində ABŞ-də alkoqolla əlaqəli onkoloji xəstəliklərdən ölüm statistikasını təhlil ediblər. Bu müddət ərzində alkoqol səbəbindən qeydə alınan illik ölüm sayı 11 361-dən 23 126-ya yüksəlib ki, bu da ölüm hallarının təxminən iki dəfə artması deməkdir.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri gənc yaş qrupları ilə bağlı olub. 20-54 yaş aralığında olan kişilər arasında alkoqolla əlaqəli xərçəngdən ölümün əsas səbəbi bağırsaq xərçəngi olduğu halda, qadınlarda ilk sırada süd vəzi xərçəngi qərarlaşıb. Mütəxəssislər bildirirlər ki, alkoqolun qaraciyər xərçəngi ilə əlaqəsi geniş şəkildə bilinsə də, onun bağırsaq, süd vəzi, qida borusu və mədəaltı vəzi xərçənglərinin yaranmasındakı rolu barədə ictimai məlumatlılıq hələ də aşağıdır.
Tədqiqatın aparıcı müəllifi, hematologiya və onkologiya üzrə mütəxəssis Çinmay Jani, alkoqolun müxtəlif xərçəng növlərinə təsirinin genişliyinin araşdırmanın ən təəccübləndirici nəticələrindən biri olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib