Ağsuda çörək sexi yandı - 3 rayonun yanğınsöndürənləri hadisıə yerinə çağırıldı
Ağsu rayonunda yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə Ağsu şəhərindəki mərkəzi bazarın yanında yerləşən və sahibkar, 1950-ci il təvəllüdlü İsmayılov Mustafa Əbil oğluna məxsus ümumi sahəsi 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib. Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı
Zaqatalada mağaza yanğını: Xəsarət alan yoxdur
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada
Şahbuzda faciəvi qəza: Üç nəfər həlak oldu
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
