AFFA hakimi döyən azərbaycanlı oyunçuya sərt cəza verdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.Minval.az xəbər verir ki, iclasda Qızlar Liqasının “Fidan” FK – “Gənclik” matçında komandalar yaş limitini pozduğuna görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının “Gömrükçü” FK – “Sumqayıt“ FK matçında isə qonaq komanda yaş limitini pozduğuna görə klub 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
Ən diqqətçəkən qərar isə futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – ADBTİA matçı ilə bağlı olub. Dekabrın 27-də keçirilmiş oyunun 20-ci dəqiqəsində “Baku Fans” klubunun futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi oyunçunu iki il müddətinə futboldan kənarlaşdırıb.
Qeyd edək ki, oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək