27.04.2018 - 13:36
Vacib 2 baxış

Aeraport yolu tam bağlanır

Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Minval.info xəbər verir ki, bu barədə BNA və AAYDA birgə məlumat yayıb. Məhdudlaşdırma 2 gün ərzində, aprelin 28-29-da qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: