Adnan Oktarın villasına basqın anı - Video
11 iyulda səhər saatlarında həbs edilən Harun Yəhya adı ilə tanınan Adnan Oktarın villasına basqın anının görüntüləri yayılıb.
Xüsusi təyinatlı polislər İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhati edən 100 otaqlı villaya basqın ediblər.
Əməliyyat zamanı içərində 9 qadın, 13 kişi olub. Onlardan 21-i təslim olub, 1-I isə polislərlə atışmadan sonra ələ keçirilib.
Adnan Oktar isə evə gələrkən qapıda polisləri görüb. Daha sonra ərazidən uzaqlaşaraq Sarıyer səmtindəki gizli bir evə qaçmaq istəyib. Lakin, polislər qısa zamanda onu yanındakı “baş kedicik” deyə adlandırılan Didəm Ürellə birlikdə yaxalayıb.
Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə – 4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar və yüzlərlə polis cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb. O, 10-dan çox cinayət maddəsi ilə ittiham edilir.
“Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü