Adnan Oktara qarşı şikayətlər artır - Siyahıda Azərbaycan vətəndaşları da var
İyulun 11-də Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktarın rəhbərlik etdiyi qruplaşmaya qarşı şikayətçi olanların sayı günbəgün artmaqdadır.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu qruplaşmaya qarşı əməliyyatın başlamasından sonra son 5 gündə 45 nəfər polisə gedərək şikayət edib.
Bildirilir ki, 45 nəfərdən ikisi azyaşlı uşaqdır, onlara müxtəlif vaxtlarda təcavüz edilib.
11-18 yaşlarında olan 15 yeniyetmə də Oktar quruluşu tərəfindən cinsi istismara məruz qalıb.
Şikayət edənlər arasında Azərbaycan, Hollandiya, Qətər, Avstriya və Qazaxıstan vətəndaşları da var.
Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə-4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb.
Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü