Abşeronda məktəb direktorunun müavini intihar etdi - TƏFƏRRÜATLAR
Xırdalan şəhərində dəhşətli intihar faktı qeydə alınıb.
Minval.İnfo ölkə.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar.
Qeyd edək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hələlik saxlanılan şəxs yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada
Şahbuzda faciəvi qəza: Üç nəfər həlak oldu
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi
