13.08.2026 - 20:41
Hadisə 20 baxış

ABŞ-ın İranla qarşıdurmada milyardlıq pua itkisi: Mq-9 reaper-lər niyə hədəfə çevrildi?

ABŞ Silahlı Qüvvələri İranla qarşıdurma zamanı MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarının (PUA) təxminən dörddə birini itirib. Bu itkilər arsenalın tükənməsi ilə əlaqədardır.

Minval.info xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ ordusu ümumilikdə 45 MQ-9 Reaper PUA-sını itirib. Bu aparatların Hörmüz boğazı ətrafında İran üçün asan hədəfə çevrildiyi bildirilir.

MQ-9 Reaper-lər aşağı hündürlükdə və nisbətən aşağı sürətlə uçaraq kəşfiyyat və dəqiq zərbələr üçün istifadə olunur. Bu PUA-ların qiyməti quraşdırılan sensor və silahların növünə görə 30-50 milyon dollar arasında dəyişir.

“The Washington Post”un hesablamalarına görə, bu itkilər ABŞ vergiödəyicilərinə 1,3 milyard dollardan çox xərclərə səbəb olub. Qəzetin məlumatına görə, itirilən PUA-ların hamısı vurulmayıb; bəziləri operatorlarla əlaqənin kəsilməsi nəticəsində qəzaya uğrayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: