Abel Məhərrəmovun qardaşı iş başında dünyasını dəyişdi

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.
Minval.info-nun Modern.az-a istinadən verdiyi məlumata görə, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş.
Xəbəri BDU-dan təsdiqləyiblər.
Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası da eyni qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
***
“İnterpress.az” xəbər verir ki, Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Məhrum bu gün ürək tutmasından iş başında vəfat edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib