12.08.2026 - 23:31
Hadisə 17 baxış

AAYDA əməkdaşının faciəvi ölümü: Bakı-Quba yolunda dəhşətli qəza detallarını açıqlayırıq

Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində faciəvi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı “Shachman” markalı yük maşını ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) aid “Mitsubishi” markalı minik avtomobili toqquşub.

Minval.info xəbər verir ki, qəza nəticəsində “Mitsubishi”nin sürücüsü, 1981-ci il təvəllüdlü Masallı sakini Nəsib Zöhrab oğlu Tahirov hadisə yerində aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. O, iş başında olarkən iki yük maşınının arasında qalıb.

Nəsib Tahirovun cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə göndərilib. Həlak olan əməkdaşın fotosunu təqdim edirik.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: