9 mayı “Qələbə günü” kimi qeyd edirsinizmi? - VİDEOSORĞU
9 may Azərbaycanda Qələbə günü kimi qeyd olunur.
Bu gün Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümüdür. II Dünya Müharibəsi adlanan 5 illik savaş mayın 9-da Sovet İttifaqının qələbəsi ilə başa çatmışdı. Qələbə günü bu gün də postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. Məlum olduğu kimi, Sovet İttifaqının müharibədə qələbə çalmasında Azərbaycandan gedən yüzminlərlə əsgər və hərbçilərin, o cümlədən Bakı neftinin böyük payı olub.
Lakin zaman keçdikdə cəmiyyətdə belə fikirlər də yarandı ki, II Dünya Müharibəsində Almaniya qalib gəlsəydi, o ölkənin tərkibində Azərbaycan daha çox inkişaf etmiş olardı. Həmçinin, XI Qızıl Ordunun 1990-cı ildə 20 yanvar hadisələri zamanı Azərbaycana xəyanəti də bu ordunun adı ilə bağlı olduğunu deyənlər də bu gün Qələbə günü kimi qəbul etmirlər. Digər tərəfdən, Dağlıq Qarabağın işğal altında olması səbəbindən Azərbaycanda Qələbə gününün qeyd olunmasını doğru hesab etməyən kəsim də var. 8 mayda Şuşanın işğalından doğan ictimai kədər də 9 may Qələbə gününə kölgə salır.
ƏLAQƏLİ
“Türkün yardımını qəbul etmir, torpağından da çıxsınlar” – Sakinlərdən separatçılara SƏRT REAKSİYA
Bu səbəbdən musavat.com olaraq, ictimai rəyi öyrənmək üçün sadə vətəndaşlar arasında sorğu keçirdik. “9 mayı Qələbə günü kimi qeyd edirsinizmi?” sualı ilə müraciət etdiyimiz respondentlərin cavabları müxtəlif oldu.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=suNEkF1L7jE
ƏLAQƏLİ
Oxumadan böyük pullar qazanmaq... Təhsil, yoxsa şans? Bakı sakinlərindən İLGİNC cavablar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident seçkilərində Ərdoğan seçilsinmi? - Sorğu
"İran bizə heç nə edə bilməz, məhvinə az qalıb" - SORĞU
Neftimizin qiymət artımına müxalifət və paytaxt sakinləri nə deyir? - SORĞU
Görün azərbaycanlılar o suala hansı cavabları verdilər...