“7 aydır atamla əlaqə saxlaya bilmirik” – Dilqəm Əsgərovdan xəbər yoxdur
Erməni separatçılarının 4 ilə yaxındır girov saxladığı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ARB 24-ə açıqlama verib.
O bildirdi ki, atasından sonuncu məktubu 2017-ci il noyabrın 1-də alıb. Onun sözlərinə görə, Dilqəm Əsgərovun səhhətində ciddi problemlər yarandığından ailə üzvləri xəbər-ətər olmamasından çox narahatdırlar.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu: “7 aydır atamla əlaqə saxlaya bilmirik. Əslində, 3 aydan bir video görüntü gəlməlidir. Lakin nə video, nə də məktub var. Qırmızı xaç komitəsi isə bildirir ki, vəziyyəti normaldır. Onlara sual ünvanlayıram ki, o zaman niyə video göndərmir? Onlar isə bildirir ki, özü istəmir”.
Kürdoğlu Əsgərovun sözlərinə görə, analoji vəziyyət artıq ikinci dəfədir təkrarlanır. Bundan əvvəl də atasından 7 ay xəbər olmayıb. Ötən il ATƏT-in Demokratik Təssisatlar və İnsan Haqları bürosunun Varşavada keçirilən illik zirvə toplantısında məsələ qaldırıldıqdan sonra Dilqəm Əsgərovdan məktub alınıb.
Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüblər. Həmin ilin dekabrında separatçı Dağlıq Qarabağ rejimi kəlbəcərli əsirlər üzərində qondarma məhkəmə qurub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə əlaqə saxlamaq mümkündür.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Həsənov: Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
“Ştutqart”ın sahibi olan eks-deputata qarşı ağır ittihamlar - Fotolar
“Get, repini denən” – Nadirdən Miri Yusifə sərt cavab
Bakıda məşhur şirkətin işçisinə cinayət işi açıldı — TƏFƏRRÜAT
AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı